Tərtərdə “Kurqan” adlanan tarixi abidədə qazıntı işləri aparan şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, aprelin 11-də rayonun Borsunlu kəndində yerləşən “Kurqan” adlanan tarixi abidədə qazıntı işləri aparılması barədə Tərtər rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin yerə yollanıblar. Otrada qazıntı işləri aparan Bərdə rayon sakinləri Elxan Qocayev, Fəxrəddin Məmmədov və Vahab Hüseynov saxlanılıblar.
Hacı Zeynalov