Neftçala rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mirqurbanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Dadaş Əliyev ov tüfəngindən açdığı atəşlə qardaşı, 1994-cü il Fərid Əliyevi vurub. Fərid Əliyev hadisə yerində ölüb.
Qardaşlar arasında tez-tez şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonuncu dəfə də qardaşlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov