20 Aprel 2016 12:28
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilın prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm ü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rafiq Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320.1-ci (saxta sənəd əldə etmə) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o həbs edilib.

Rafiq Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Rafiq Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər