20 Aprel 2016 13:57
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda yaşayış evinə basqın olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ağdaş kəndində qeydə alınıb.

Kənd sakini Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girən naməlum şəxs onu döyərək pul verməsini tələb edib. Lakin səs-küy yarandığından həmin şəxs istəyinə nail ola bilməyib və hadisə yerini tərk edib.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər