Bakının Xətai rayonu ərazisində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Bilal Mehdiyevi döyərək 1700 manat pulunu alıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şahbuz rayon sakini Sani Əliyev tutulub.
Hacı Zeynalov