20 Aprel 2016 15:42
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Rasim Əliyevin qətlində şübhəli bilinərək həbs edilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin barəsində çıxarılan hökmdən apelyasiya şikayəti verilib.

Teleqraf.com xəbər verir ki, artıq təqsirləndirilən şəxslərin müdafiəçilərinin apelyasiya şikayətlərində Samir Mustafayevin barəsində bəraət hökmünün çıxarılmasını, digər təqsirləndirilən şəxslərin isə cəzalarının yüngülləşdirilməsi istənilib.

Müdafiəçilərin şikayətləri araşıdırlması üçün yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək vəfat edib. Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.

Həmin cinayət işinin materiallarından futbolçu Cavid Hüseynovun cinayət işi ayrıca icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Cavid Hüseynovun cinayət işi üzrə istintaq tamamlanıb və cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər