Gecə saatlarında paytaxtda intihar hadisəsinin qarşısı alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yeraltı avtomobil tunelinin uzərinə çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 00:50-də başa çatıb.