21 Aprel 2016 12:59
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qadın alverində ittiham olunan Sima Ramazanzadə barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, məhkəmə apelyasiya baxışına xitam verib. Buna səbəb təqsirləndirilən şəxsin apelyasiya şikayətindən imtina etməsi olub.

2016-cı il mart ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sima Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.

Qeyd edək ki, Sima Ramazanzadə azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinib. O, 2015-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sima Ramazanzadə Cinayət Məcəlləsinin 144-1.2.5-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib.

Hacı


Müəllif:

Oxşar xəbərlər