22 Aprel 2016 13:39
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə hökm oxunub. Nazim Ağabəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona 2 il 4 ay sınaq müddəti olmaqla cəzası şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bundan əvvəl keçirilən prosesdə prokuror Nazim Ağabəyovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Nazim Ağabəyov "Meydan" TV-nin təsisçisi Emin Millinin qaynıdır.

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanan Nazim Ağabəyovun üzərindən 6 qram narkotik vasitə-heroin aşkarlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər