Cəlilabad rayonunda yaşayış evinə basqın olub.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs rayon sakinləri Azər Mirzəyevə və arvadı Təranəyə taxta parçası ilə xəsarət yetirib.
Ər-arvada xəsarət yetirən şəxs evdən 1000 manat pul, 8000 manat dəyərində qızıl əşyalar və 2 ədəd mobil telefon aparıb.
Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən rayon sakini Qalib Abdullayev tutulub.
Hacı Zeynalov