Bakının Pirallahı rayonunda silahlı insident törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Pirallahı rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1960-cı il təvəllüdlü Ziyafət Manafov saxlanılıb.
Ziyafət Manafov odlu silahdan 1963-cü il təvəllüdlü Raqib Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri Raqib Əhmədova dəyməyib. Hadisənin pul borcu üstündə baş verdiyi deyilir.
Ziyafət Manafov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov