29 Aprel 2016 15:51
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Bulduğ kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Ruhid Məhərrəmov ov tüfəngi ilə başına atəş açaraq özünü öldürüb. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Ruhid Məhərrəmov anası və həyat yoldaşı ilə birgə yaşayıb. Onun 2 uşaq atası olduğu bildirilir. Hadisədən əvvəl evdə ailə münaqişəsi zəminində mübahisə yaranıb və sonda Ruhid özünü öldürüb.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər