Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Məhəbbət Əliyev, Sadiq Ağayev və Qaməddin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, onlar ötən ilin fevralın 14-də Nizami Qasımova məxsus “Toyota” markalı avtomobildən 80 min ABŞ dolları pul oğurlayıblar. Nazami Qasımovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Sadiq Ağayev və Füzuli rayon sakinləri - Qaməddin Əliyev və onun qardaşı Məhəbbət tutulublar.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov