30 Aprel 2016 21:07
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bir nəfər 5 aydır yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, Xırdalan şəhər sakini, 1979-cu il təvəllüdlü Elçin Eldar oğlu Abbasov 2016-cı ilin yanvarın 12-dən itkin düşüb.

Elçin Abbasovu sonuncu dəfə Beynəlxalq Avtovağzalda görüblər. Sonradan ondan xəbər tutulmayıb. Bir neçə ay gözləyən Elçin Abbasovun yaxınları nəhayət, aprelin 28-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə ərizə ilə müraciət ediblər. Yaxınlarının bildirdiyinə görə, artıq Elçin Abbasovun mobil telefonuna da zəng çatmır.


Elçin Abbasovun dindar olduğu, heç kimlə problemi olmadığı bildirilir.

Hazırda polis Elçin Abbasovun tapılması üçün tədbirlər görürlər.

Hacı Zeynalov


Müəllif: