Gəncə şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1969-cu il təvəllüdlü Rəfiqə Musayeva boğaz nahiyəsindən kəsilib.
Rəfiqə Musayeva ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Rəfiqə Musayeva həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov