Bakıda avtomobil oğurlayan şəxslər Kürdəmir rayonu ərazisində yaxalanıb.
Teleqraf.com xəbər verir ki, mayın 1-də Kürdəmir rayonu ərazisində “VAZ-2107” markalı avtomobil şübhə doğurduğundan Baş Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı avtomobilin dövlət qeydiyyat nişanlarının yük yerində olması, üzərindəki nömrənin isə Qobustan rayon sakini M.Eyyubova məxsus “Opel”ə aid olması müəyyən edilib.
“VAZ-2107”-i idarə edən Bakı şəhər sakini Rövşən Mazanov və sərnişini Tovuz rayon sakini Vüqar Məmmədovun avtomobili paytaxtın Yasamal rayonu ərazisindən qaçırmaları bəlli olub.
“07”nin üzərində olan dövlət qeydiyyat nişanlarını isə Yeni Yasamal-1 yaşayış sahəsində “Opel” markalı avtomobildən oğurlamaları müəyyən edilib. R.Mazanov və V.Məmədov avtomobillə birlikdə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə təhvil veriliblər.
Hacı Zeynalov