2 May 2016 18:22
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayonu, Axundov bağının yaxınlığında, Səid Rüstəmov, 26 ünvanında 1988-ci il təvəllüdlü Alya Altay qızı Dəmirova qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Şahlar Əliyev tutulub. Şahlar Əliyev ilə Alya Dəmirovanın sevgili oluduğu məlum olub.
Şahlar Əliyev istintaqa verdiyi ifadəsində Alya Dəmirovanı ona dostu ilə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Şahlar Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, qətlə yetirilən Alya Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahlar Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər