3 May 2016 15:50
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universitetinin inzibati binasının qarşısında cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, universitetdə mühafizəçi işləyən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əziz Orucov döyülüb.

Əziz Orucov aldığı xəsarətlərlə bağlı xəstəxanada müayinə olunub. Əziz Orucov döyülməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə ərizə ilə müraciət edib.

Əziz Orucov bildirib ki, iş yerində olduğu zamanı tanışı olan Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Orxan Abdullayev tərəfindən döyülüb. İlkin ehtimala görə, hadisə pul üstündə baş verib.

Hadisə baş verən zaman Əziz Orucov xidmətdə olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər