3 May 2016 17:50
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları İrandan Azərbaycana narkotik gətirənlərə qarşı xüsusi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində həyata keçirilib.

Əməliyyat tədbirləri ilə İran İslam Respublikasının vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhməd və Rəhim Fərəci, həmçinin rayon sakini Cabir Kazımov saxlanılıblar.

Bu zaman İran vətəndaşları silahlı müqavimət gəstərməyə cəhd etsələr də, polis əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində zərərsizləşdiriliblər.

Üzərlərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloram narkotik vasitə olan heroin, “Kalaşnikov” markalı avtomat və ona aid 28 ədəd patron, içərisində 5 ədəd patron olan “Torun” markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər