Bakının Səbail rayonunda 22 yaşlı qız döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun F.Qurbanov küçəsində baş verib.
Həmin ünvanda Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ş. Ə. döyülüb. Hadisə gecə saat 04.00-da baş verib. 22 yaşlı qız gecə saatlarında tanışlıq çatında bir oğlanla tanış olub.
Pul müqabilində gecə yarısı görüşə gələn qız oğlanla maşında görüşüb və daha sonra həmin oğlan ona pul verməyib. Bu zaman qızla oğlan arasında mübahisə yaranıb. Mübahisə zamanı oğlan qızı döyüb və hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov