18 May 2016 11:08
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məişət zəminində törədilən cinayətlərin dinamikasında son 5 ildə ciddi azalma var.

Teleqraf.com xəbər verir ki, bu sözləri daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavinin sözlərinə görə, azalma 2011-ci ildən bu ilə qədər müşahidə edilir. “2011-ci ildə bu zəmində 2839 cinayət hadisəsi törədilmişdisə, 2015-ci ildə 1283-ə enib. Bu 2.2 dəfə azalma deməkdir.

Eyni zamanda qadınlara qarşı törədilən məişət zəminli cinayətlərin sayı 2.3 dəfə, zorakı cinayətlərin sayı 47.5 faiz azalıb. Bu da dövlət qurumları tərəfindən aparılan işlərin nəticəsidir. Əmin ola bilərsiniz bu iş bu gün də davam etdirilir.

Həmin dövrdə məişət zəminində törədilən qəsdən adam öldürmələr və sağlamlığa ağır və az ağır zərər vurmaların sayı əsasən sabit qalsa da, bəzi illərdə xeyli azalıb, cinayətlərin açılması tam təmin edilib. Bir nəfər də olsun cinayətkar kənarda qalmayıb”.

Oruc Zalov bildirib ki, son 5 ildə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycanın Avropa və qonşu ölkələr arasında ən yaxşı ölkələr sırasında və ən aşağı səviyyədədir. Ölkəmizdə hər yüz min nəfərə 255 cinayət düşür.

İlhamə


Müəllif:

Oxşar xəbərlər