Bakının Nizami rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 5 nəfər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib və 800 manat pulunu alıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Şahin Kərimov, Vahid Şirinov və Elvin Abbaszadə tutulub, digər şəxslər isə müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov