Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şosesində qeydə alınıb.
1983-cü il təvəllüdlü Rəşad Qürbətov yaşadığı evdə qonşusu tərəfindən bıçaqlanıb. Rəşad Qürbətov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov