24 May 2016 13:25
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları 1 kiloqram 400 qram narkotik vasitəni 56 min manata satmaq istəyən şəxsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.

Daxil olan məlumat əsasında Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Lənkəran rayonunun Göyşaban kəndində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram yüksək xassəli narkotik vasitə hesab olunan heroini 50.000, 400 qram tiryəki isə 6 min manata satmaq istəyən zaman saxlanılıb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hazırda polis əməkdaşları tərəfindən K.Mirzəzadənin külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər