Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Rasim Xəlilov vurulub.
Nəticədə Rasim Xəlilov hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən əməliyyat tədbirləri keçirilir.
Hacı Zeynalov