1 İyun 2016 16:21
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran şəhər sakinləri – 1867-ci il təvəllüdlü Zeynal Zeynalov və 1971-ci il təvəllüdlü İlqar Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zeynal Zeynalov satış məqsədi ilə qanunsuz olaraq narkotikvasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasınıngömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə2015-ci ilin martında İlqar Piriyev və şəxsiyyətləri istintaqaməlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girib.

Zeynal Zeynalov İlqar Piriyevə İran İslam Respublikasına gedərək cinayətkar qrupun istintaqla müəyyənedilməmiş üzvündən külli miqdarda narkotik vasitə əldə etmək və AzərbaycanRespublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu iləkeçirərək Lənkəran şəhərində ona təhvil vermək barədə göstəriş verib.

İlqar Piriyev Zeynalıb göstərişinə əsasən 14 mart 2015-ci ildə Astara Gömrük İdarəsindən sərhədikeçərək İran İslam Respublikasına gedib. O, həmin tarixdə Astara şəhərində “Oghab Halva” sözləri yazılmış iki ədəd plastik qabda yerləşdirilmiş 950 qram heroinnarkotik vasitəsini cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən satışməqsədilə qanunsuz olaraq əldə edib.

İlqar Piriyev əldə etdiyi narkotik vasitələri həmin gün saat 19 radələrində AstaraGömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikası gömrük sərhədindəngömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətləri hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin ediliməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvəsində saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər