Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun X. R. Ulutürk küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Şamil Bağırov həyat yoldaşı Pərvanə Əhmədova ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Şamil Bağırov həyat yoldaşını bıçaqlayıb.
Pərvanə Əhmədova xəsarətlə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Polis tərəfindən cinayəti törədən Şamil Bağırov həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov