4 İyul 2016 17:27
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış xanəndə Alim Qasımov və qızı Fərqanə Qasımova Londona qastrol səfərinə hazırlaşır. Bunu Teleqraf.com-a açıqlamasında xanəndənin mətbuat katibi Səadət Möhübova deyib.

Onun sözlərinə görə, səfər iyulun 15-dək davam edəcək: “Səfər çərçivəsində ayın 10-da Londonun “Wiqmore” konsert salonunda xanəndə qızı ilə birgə konsert proqramı ilə çıxış edəcək. Mərasimdə bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnılarının səsləndirilməsi ilə yanaşı, ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur”.

Nərmin


Müəllif: