22 Aprel 2014 14:52
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbülfəs Qarayev Dağıstan Respublikasının başçısı R.Abdulatipovun dəvəti ilə 22-23 aprel tarixində Mahaçqala şəhərində “Müasir şəraitdə regional siyasətdə mədəniyyət və iqtisadiyyat” mövzusunda keçiriləcək beynəlxalq mədəniyyət-investisiya forumunda iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forum çərçivəsində regional mədəniyyət və iqtisadiyyat sahəsində elmi, maarifləndirici və yaradıcı layihələrin təqdimatı planlaşdırılır.

Forumda nazir Ə.Qarayevin çıxışı və müvafiq rəsmilər ilə görüşü nəzərdə tutulub.

Nərmin


Müəllif: