23 Aprel 2014 11:51
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-da "Kitabevim.az" Kitab Marketində Natiq Rəsulzadə ilə görüş keçiriləcək. Görüşdə oxucular yazıçının əsərlərini öz imzası ilə əldə edə biləcək.

Tədbirdə yazıçının qələm dostları, ictimai-siyasi xadimlər və media nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, Natiq Rəsulzadə 30-a yaxın kitabın müəllifidir. Onun əsərləri Rusiya, Macarıstan, Bolqarıstan, Çexiya, Polşa və Yuqoslaviya kimi bir sıra dünya ölkələrində çap edilib. Yazıçının əsərləri əsasında 15 film çəkilib.


Müəllif: