9 İyun 2017 18:21
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-adi “Everything” adlı video-oyunun treyleri “Oskar” mükafatına ilkin namizədlərin siyahısına düşüb.

Teleqraf.com xəbər verir ki, bu haqda oyunun yaradıcısı Devid Oreyli öz Tvitter hesabında yazıb.

Video-oyunun treyleri Vyanada Beynəlxalq müstəqil qısametrajlı kino festivalında mükafata layiq görülüb ki, bu da oyuna “Oskar” mükafatının namizədləri siyahısına düşmək imkanı verib.

Münsiflər oyunun treylerini fəlsəfi, maarifləndirici və özündə poetik dəyər daşıyan videoçarx kimi qiymətləndirib. Bu hadisə oyun sənayesi çərçivəsində, həmçinin “Oskar”ın tarixində ilk dəfə baş verib.

Qeyd edək ki, “Everything” oyununun janrını müəyyənləşdirmək son dərəcə çətindir. Bu oyunda heyvanlar və bitkilərdən tutmuş, molekul və atomlara qədər hər şeyi, hətta qalaktikaları belə idarə etmək mümkündür.


Müəllif: Könül Əlibəyli