28 Noyabr 2017 23:03
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Oskar”a namizəd “Ayla” filminin rejissoru Mustafa Uslu son dəqiqə qərarı ilə filmi Frankfurt Türk Film Festivalından çıxardıb.

Teleqraf.com xəbər verir ki, festivalın prezidenti Hüseyn Sıtkı Mustafa Uslunun ona zəng edərək filmin festivalda nümayiş edilməsinə icazə vermədiyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin Kino Mərkəzi işə qarışsa da, rejissor qərarından dönməyib. M.Sıtkı rejissorun etik davranmadığını və əməyə, kinosevərlərə hörmətsizlik etdiyini deyib.

Festivalda açılış üçün nəzərdə tutulan “Ayla” filminin yerinə Antalya Film Festivalında “ən yaxşı film” seçilən “Atamın qanadları” nümayiş etdirilib.

Bəzi izləyicilər isə “Ayla” filminin göstərilməməsinə etiraz edərək salonu tərk ediblər.


Müəllif: Xәzәr