27 May 2018 19:53
2 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur...” kitabı Qırğızıstanda nəşr edilib.

Bu barədə Teleqraf.com-a müəllifin özü məlumat verib. O, kitabın Bişkek şəhərində nəşr olunduğunu bildirib.

Oxuculara pulsuz paylanan kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə nəşr edilib.

Qeyd edək ki, Azərbaycanda nəşr edilən kitabın yayımlanması qadağan edilib. Buna görə, Elşad Miri Dini İşlər üzrə Dövlət Komitəsini məhkəməyə verib. Məhkəmə prosesi davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu