18 Avqust 2014 11:32

Fəxri Xiyabanda Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.


Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbir sənətkarın doğum gününə həsr olunub.


Anım mərasimində M.Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Rəssamlar Birliyinin sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq artisti, rejissor Eldar Quliyev, professor Ramiz Quliyev, başqa mədəniyyət və incəsənət xadimləri M.Maqomayevin sənət və həyat yolu haqqında danışıblar. Onlar M.Maqomayevi Azərbaycanın böyük vətəndaşı və sənətkarı kimi dəyərləndiriblər.


Qeyd edək ki, M.Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Uzun müddət Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan müğənni 2008-ci il oktyabrın 25-də dünyasını dəyişib və Bakıda dəfn olunub.


Müəllif:
Загрузка...