21 Avqust 2014 18:30

Nizami Kino Mərkəzində avqustun 21-dən etibarən “Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər” və “Təyyarələr: alov və su” 3D animasiya filminin nümayişinə başlanılır.

Teleqraf.com xəbər verir ki, Amerika istehsalı olan “Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər” filmini rejissor Frenk Miller savaş, triller və kriminal janrında çəkib. Filmin yaş məhdudiyyəti 18+-dur. Nensi xəfiyyə Xartiqanın ölümü ilə barışmağa çalışdığı zaman Günahlar Şəhərinin qaranlıq dalanlarında Duayt ona xəyanət edən Ava Lord adlı qadından rəhmsizcəsinə qisas almaq istəyir.

Filmdə baş rolları Cessika Alba, Pauers But, Coş Brolin, Rozario Douson, Cozef Qordon-Levitt, Yeva Qrin və başqaları oynayıblar.

Amerika istehsalı olan “Təyyarələr: alov və su” animasiya filmini rejissor Roberts Gannavey komediya, macəra, ailəvi janrında çəkib. Filmin yaş məhdudiyyəti yoxdur. Hava yarışmalarının əfsanəsi təyyarəcik Dasti mühərriki zədələnmiş olduğunu və yarışlarda daha heç vaxt iştirak edə bilməyəcəyini öyrəndikdən sonra özünə yeni məşğuliyyət axtarır və aviasiya veteranı Rencer adlı helikopterin rəhbərliyi altında cəsarətli yanğınsöndürənlərlə tanış olur. Yanğın aviasiyasının işi nə qədər çətin və təhlükəli olduğunu bilən Dasti əsl qəhrəman və fədakar xilaskar olmaq istəyir.

Rolları aktyorlar Culi Bouen, Korri İnqliş, Ed Harris, Deyn Kuk, Recina Kinq və başqaları canlandırıb.

Nərmin


Müəllif:
Загрузка...