4 Mart 2015 01:32
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 6-də Nizami Kino Mərkəzində növbəti türk ulduzunun imza günü və film nümayişi keçiriləcək.

Mərkəzin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrık çəkdiyi və çəkildiyi “Yapışık kardeşler” komediya filmini azərbaycan tamaşaçısına təqdim edəcək. Halim və Selim iki şən və baməzə olan qardaşdılar.

Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər-istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xoşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar.

Filmdə baş rolları İlker Ayrık ilə yanaşı Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər. Qeyd edək ki, filmdən əvvəl aktyor və rejissor İlker Ayırık aftoqraf verəcək və mətbuatın suallarını cavablandıracaq.


Müəllif: