16 May 2014 18:10
3 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalar özləri, anaları - Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva və dəb haqqında fikirlərini sosial şəbəkələrdə bölüşüblər.

Teleqraf.com Prezidentin böyük qızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın geyim tərzi ilə bağlı fikirlərini yayımlamışdı.

(http://teleqraf.com/news/4525).

İlham Əliyevin kiçik qızı Arzu Əliyeva da rəsmi Facebook səhifəsində dəb barədə yazıb.

Özüm haqqında

“Biz ailəlikcə harasa gedəndə birlikdə hazırlaşırıq, bir-birimizdən məsləhətlər alırıq. Adətən, mən fərqlənməyə çalışıram. Bu, elə də asan olmur. Bununla belə həmişə konservativ tərzə üstünlük verirəm – qıcıqlandırıcı libaslar və super hitlər mənlik deyil”.

Anam haqqında

“Anam bizim üçün paltar seçməyi bacarır. Hətta biz onun yanında olmasaq belə, seçdiyi geyimin bizə yaraşıb-yaraşmayacağını dəqiq bilir və heç vaxt yanılmır”.

Dəb haqqında

“İlk tərz dərslərini bacımla birgə lap uşaqkən anamı müşahidə edə-edə öyrənmişik. O, geyinib bəzənəndə, saçlarını darayanda biz balacalar oturub ona baxardıq. Anam bizə heç bir xüsusi məsləhətlər verməyib, lakin böyüdükcə özümüzdən asılı olmayaraq onun stilini təkrarlamağa başladıq”.

Kəmalə


Müəllif: