17 Aprel 2014 14:59
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi Cahangir Novruzov Şəki Dram Teatrında tamaşa hazırlayacaq.

Bunu qəzetimizə açıqlamasında teatrın baş rejissoru Mirbala Səlimli deyib. Onun sözlərinə görə, bu, Stanislav Stratiyevin "Avtobus" pyesi əsasında hazırlanan tamaşa olacaq:

"Bu ilin yay aylarında teatrda gərgin iş gedəcək. Yeni mövsümü yeni, maraqlı tamaşalarla qarşılamaq fikrindəyik. Digər teatrlarımız kimi Şəki Teatrı da əcnəbi rejissorlarla çalışacaq. Daha doğrusu, biz daha çox xaricdə yaşayan həmkarlarımıza üz tutduq. Bu ilin avqust-sentyabr aylarında Səməd Vurğunun "Vaqif" dramını hazırlayacağıq. Tamaşanın rejissorluğunu Rusiyada yaşayan Mərdan Feyzullayev edəcək. Ardınca isə başqa tamaşa təqdim edəcəyik. Stratiyevin "Avtobus" pyesini isə Türkiyədə yaşayan Cahangir Novruzov hazırlayacaq. Güman edirəm ki, tamaşanın premyerası oktyabr, noyabr aylarında baş tutacaq. Bu yeni mövsüm üçün olan planlardır. Bu mövsümün sonu isə dövlət sifarişli bir tamaşanı təhvil verəcəyik. İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsərinə mən quruluş verəcəm".


Müəllif: