21 İyun 2014 14:21
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskvaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

ABŞ prezedenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel Ukraynaya münasibətdə apardığı siyasətə görə, Rusiyaya yeni sanksiyaların tətbiq olunması imkanlarını müzakirə ediblər.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, Rusiya Ukraynanın şərqində vəziyyətin normallaşması üçün konkret addımlar atmadığı halda ABŞ və Avropa Birliyi ona qarşı görüləcək əlavə tədbirləri koordinasiya edəcəklər.

İki Qərb ölkəsinin lideri vurğulayıb ki, Rusiya öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməli və qiyamçıları silahı yerə qoymağa inandırmalıdır. Ötən gün Obama Ukraynadakı vəziyyəti Fransa prezidenti Fransua Ollandla da müzakirə etmişdi.

Onlar Rusiyanı münaqişənin nizamlanması üçün mümkün olan hər şeyi etməyə çağırmışdılar. Tərəflər Ukrayna lideri Petro Poroşenkonun birtərəfli atəşkəs qərarını çox müsbət dəyərləndirmişdilər.

Nail Cəlil


Müəllif: