21 İyun 2014 22:59

Könüllülərdən ibarət yeni hərbi birləşmələr dini məbədləri və məscidləri qoruyacaq

Bu gün İraqda dini məbədlərin və şiə ibadət yerlərinin qorunması məqsədiylə, "Barış Briqadaları" adıyla qurulan hərbi təynatlı, könüllülərdən ibarət birliklərin paradı təşkil olunub. Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, “Sədr Hərəkatı” lideri Müqtəda Sədrin çağırışı üzərinə qurulan "Barış Briqadaları"na mənsub formalı minlərlə şəxs silahları ilə birlikdə Sadr şəhərindəki Mazfer Meydanında gücünü nümayişi etdirib.

Geniş təhlükəsizlik tədbirləri altında təşkil edilən mərasimə bir çox millət vəkili, siyasi partiya və blok üzvləri, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri qatılıb. Əl-Ahrar blokundan olan millət vəkili Hakim əz-Zəmili, yeni qurulan briqadanın əhəmiyyətinə diqqəti çəkərək, "Təşkil edilən parad İraq Şam İslam Dövləti (IŞİD), təkfirçilər və İraq xalqını qətl edənlər üçün xəbərdarlıq mesajı xüsusiyyətindədir" ifadəsini vurğulayıb.

Nail Cəlil


Müəllif: