1 İyul 2016 09:27
3 700

Xeyriyyə təşkilatlarından biri Almaniyada yaşayan 25 yaşlı suriyalı qaçqına şkaf hədiyyə edib.

Teleqraf.com xəbər verir ki, Məhəmməd adlı miqrant şkafdan 50 min avro pul tapıb. Amma o, pulu götürməyib və Minden şəhər polisinə təhvil verib.

İki qardaşının Almaniyaya gəlməsi üçün Məhəmmədə pul lazım olsa da, tapdığı vəsaiti götürməkdən imtina edib.

"Mən müsəlmanam. Dinim mənə başqasının sərvəti hesabına şəxsi maraqlarımı həyata keçirməyə imkan vermir", deyə Məhəmməd bildirib.

Polisdən verilən məlumata görə, yerli qanunvericiliyə əsasən Məhəmmədə tapdığı pulun 3 faizi ödəniləcək.

Ruslan


Müəllif: