5 İyul 2016 17:10
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yupiteri tədqiq edəcək “Yunona” kosmik zondu nəhəng planetin orbitinə daxil olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, aparat sürəti azaltmaq üçün tələb edilən 35 dəqiqəlik manevri uğurla başa vuraraq, planetin qravitasiya məkanına daxil olub.

Bu manevr ərzində antennalar Yerdən əks istiqamətə yönləndiyinə görə, idarə mərkəzilə aparat arasında mübadilə yalnız sadə siqnallarla aparılıb. Uçuş avtopilot rejimində, müdaxiləsiz həyata keçirilib.

Amerikanın NASA kosmik agentliyinin layihəsi çərçivəsində aparılan uçuş Günəş sistemi daxilində gedən prosesləri daha dərindən anlamağa imkan verəcək. Planlara görə planetlərarası stansiyanın missiyası 1,5 il davam etməlidir. Bundan sonra stansiya atmosferin qalın qatlarına daxil olub yanaraq məhv olacaq.

Samir


Müəllif: