17 İyul 2016 14:58
445

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Teleqraf.cm-un CNN Türk-ə istinadən xəbərinə görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Putin hərbi çevrilişə cəhd zamanı həlak olan insanlara görə Ərdoğana başsağlığı verib, Türkiyədə tezliklə sabitliyin və asayişin bərpa olunmasını arzulayıb.

Telefon danışığında prezidentlər görüş barədə razılığa gəlib. Onların avqustun əvvəlində görüşəcəkləri

gözlənilir.

Nihad


Müəllif: