28 İyul 2016 20:52

Hollivud ulduzları Donald Trampın ABŞ prezidenti postuna seçilməsinin əleyhinə yönəlmiş petisiyanı imzalayıblar.

Teleqraf.com xəbər verir ki, onlar Trampın siyasəitini «nifrət ideologiyası» adlandırıblar və hesab edirlər ki, Demokrat partiyasının bu namizədi ABŞ üçün ciddi təhlükə törədir.

Donald Trampın əleyhinə yönəlmiş məktubu ABŞ-ın 100-dən artıq aktyoru və mədəniyyət xadimi imzalayıb. Onların arasında Ceyn Fond, Culianna Mur, Semyüel Cekson və digərləri var.

«The Guardian»a verdiyi müsahibədə Qonduras mənşəli aktrisa Ferrera, Tramp haqqında deyib: «Bu siyasətçi ABŞ-ı böyük ölkəyə çevirməyəcək. O, ABŞ dövlətini nifrət dövlətinə çevirəcək. Trampın məntiqinə görə, mümkündür ki, mən, dəfələrlə zorlama hərəkəti etmişəm. Mənim bu fikirim respublikaçı namizədin səsləndirdiyi «əsasən, Latın Amierikasından olan miqrantlar ABŞ-da dinc vətəndaşları zorlayır və öldürürlər» fikrinə bir ismarıcdır…».

Petisiyanı imzalayanların bir çoxu öz şərhində belə bir fikir ifadə edir ki, onların nöqteyi-nəzərincə, Tramp ölkəni «mürgüləyən orta əsrlər» dövrünə qaytarır və s.

Tramp özü hələlik ABŞ mədəniyyət xadimlərinin bu demarşına heç bir reaksiya verməyib.


Müəllif:
Загрузка...