29 İyul 2016 23:16
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma papası Francis Polşadakı Osvensim nasist düşərgəsinə baş çəkib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, papa həmin illərdən sağ çıxmış əsirlərlə görüşüb.

Bunda sonra baş nazir Beata Szydlo ilə görüşüb.

Papa keçmiş düşərgənin ərazisində rəsmi çıxış etməyib.

Papa xatirə kitabçasına bunları yazıb: “Tanrı, bu qədər amansızlığı bağışla”.

Krakovun 60 kilometrliyində yerləşən bu əsir düşərgəsi 1940-cı ildə yaradılıb, 1945-ci ildə azad edilib.

Bu müddət ərzində bu düşərgədə milyondan çox adam öldürülüb.


Müəllif: