31 İyul 2016 14:36

Ermənistanın hüquq-mühafizə orqanları polisi öldürən snayperin fotosunu yayıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, yayılan məlumatda polisin silahlılar tərəfindən ələ keçirilən binadan açıqlan atəş nəticəsində öldüyü vurğulanıb.

Qeyd edək ki, ötən gün PPX binasının ətrafında olan və maşında oturmuş polisin güllə yarasından öldüyü aydınlaşıb. 17 iyuldan PPX binasını ələ keçirən, Serj Sərkisyanın istefasını və müxalif Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edən silahlılar götürdükləri girovların hamısını 23 iyulda azad ediblər.

27 iyulda təcili yardım briqadasının 4 əməkdaşını girov götürsələr də, ötən gün onları da azad ediblər. Silahlılar polisi öldürdükləri barədə səslənən fikirləri rədd edirlər.


Müəllif:
Загрузка...