31 İyul 2016 23:36

Bu gün Dağıstanın Kaspiysk şəhərində “Beynəlxalq ordu oyunları-2016” çərçivəsində hərbi gəmi heyətləri arasında "Dəniz kuboku-2016" yarışına start verilib.


Yarışa Azərbaycan, Rusiya və Qazaxıstandan 130 nəfər qatılıb.

Yarışın təntənəli açılış mərasimində Dağıstan baş nazirinin müavini Ramazan Cəfərov və Rusiyanın Xəzər donanmasının komandir müavini, birinci dərəcəli kapitan Sergey Ekimov iştirak ediblər. Dağıstanda bu yarışın ikinci dəfə keçirildiyini xatırladan S. Ekimov Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanlığı adından yarışa qatılan Azərbaycan və Qazaxıstan komandalarına təşəkkür edib.

Yarışda gəmilərdə təyinatı üzrə silahların tətbiqi, gəmilərin manevr qabiliyyəti və gəmi heyətlərinin xilasetmə əməliyyatına hazırlığı nümayiş etdiriləcək. Yarışın nəticəsi avqustun 11-də açıqlanacaq.
/APA/


Müəllif: