3 İyul 2014 16:20
3 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həyat yoldaşını və başqa bir qadını öldürüb bişirməyi planlaşdıran polis işçisi sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, Nyu-York polisi olan Gilberto Valli bu ilin mart ayında həbs olunub. Amma dəlil yetərsizliyindən azadlığa buraxılıb. Prokuror Paul Gredef buna səbəb kimi şübhəlinin bu ideyanı sadəcə, internetdə planlaşdırdığını, həqiqətdə isə belə bir şeyi edəcəyi ilə bağlı heç bir dəlil olmadığını bildirib.

Gilberto Valli bir qadının qaçırılması üçün 5 min dollara muzdu adam tutması iddiası ilə həbs olunmuşdu. Digər bir dəlil kimi onun internetdə "fahişə", "insan əti" və "ən güclü keyidici dərman" axtarışı etdiyi ortaya çıxmışdı.

Məhkəmədə həyat yoldaşı da Vallinin əleyhinə ifadə verib. O, ərinin kompüterində bir qadına digərinin yanında necə təcavüz etmək və sonra onu bişirərək necə yeməklə bağlı çoxlu fayllar olduğunu bildirib.

Məhkəmədən sərbəst buraxılıb müalicəyə göndərilən "adamyeyən" ləqəbi qazanmış Gilberto Valli verdiyi açıqlamada hamıdan üzr istəyərək bu düşündüklərini "uşaqlıq" adlandırıb.

Uğur


Müəllif: