9 İyul 2014 12:09
597

Bir müddət öncə Ukraynanın şərqində döyüşlər gedən zaman separatçılar tərəfindən qaçırılan ukraynalı təyyarəçi Natalya Savçenko Rusiya ərazisində aşkarlanıb.

Ukrayna mətbuatının yaydığı məlumata görə, Savçenko Rusiyanın Voronej şəhərinin müvəqqəti saxlama təcridxanasındadır. Rusiya tərəfi təyyarəçi qadını jurnalistləri öldürməkdə ittiham edir. Rus mətbuatı yazır ki, Savçenko hərbi təyyarə ilə dinc əhaliyə atəş açıb, onlarla şəhər sakinini qətlə yetirib.

Ukrayna tərəfi isə qadını qəhrəman təyyarəçi adlandırıb.

Ülviyyə


Müəllif: