26 Aprel 2017 10:57
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Türkiyədə misli görünməmiş əməliyyat həyata keçirilib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, səhər tezdən başlayan əməliyyatlara 8500 polis əməkdaşı cəlb edilib. Əməliyyat zamanı minə yaxın şəxs həbs edilib.

Məlumatda əməliyyatın Ankaranın 54 nöqtəsində keçirildiyi vurğulanır.

Qeyd edək ki, FETÖ şəbəkəsinə qarşı keçirilən əməliyyatlar davam edir. Hazırda yüzlərlə şəxs haqqında həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Cavad


Müəllif: